Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin AzSAM təqdimat mərasimi keçirilib.
Yeni qurumun sədri Aslan Xalidi bildirib ki, müasir informasiya əsrində əldə edilən məlumatları cəmiyyətə təqdim etmək, təxirəsalınmaz məsələlərdəndir. O, dünyada yaşayan azərbaycanlıların düşüncələrində türkçülük məfkurəsi və dövlətçilik təfəkkürünü inkişaf etdirmək üçün milli mənafeyə xidmət edən araşdırma mərkəzinin yaradılmasını zəruri sayıb. A.Xalidinin fikrincə, Azərbaycanda milli, mənəvi, tarixi, dini proseslərin özünəməxsus inkişaf dinamikası olduğundan, hər bir dövr xüsusi tərzdə araşdırılmalıdır. Onun bildirdiyinə görə,Azərbaycan Strateji Araşdırmalar Mərkəzi siyasi, ictimai, iqtisadi və mədəni sahələr üzrə tədqiqat və araşdırmalar əsasında Azərbaycan dövləti və Güney Azərbaycan xalqının "öz müqəddəratını təyinetmə" prinsipinin həyata keçirilməsinə yardımçı olmaq məqsədilə yaradılıb.
A.Xalidi onu da deyib ki, rəhbərlik etdiyi qurumun əsas vəzifələrindən biri ölkəmizin dünya dövlətlərilə münasibətlərinin tənzimlənməsindən, çağdaş informasiya məkanında Güney Azərbaycandakı siyasi proseslərin düzgün işıqlandırılmasından ibarətdir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində ermənipərəst mövqedən çıxış edən bəzi dövlətlər Azərbaycan türklərini parçalamaqda maraqlıdırlar. "Rəhbərlik etdiyim qurum bütün bunların obyektiv və subyektiv səbəblərini müəyyən edərək, dünyada yaşayan Azərbaycan türklərini araşdırılmış informasiya ilə təmin edəcək" - deyə o bildirib.
Tədbirdə iştirak edən Güney Azərbaycan Milli Hərəkatının numayendeleri deyibler ki, yeni yaradılmış qurum güneyli soydaşlarımızın haqq səsinin dünyaya çatdırılması yolunda müstəsna xidmətlər göstərəcək.
No comments:
Post a Comment