Tuesday, July 23, 2013

Aslan İsabəyli: “Güney azərbaycanlıları inqilabi proseslərə cəlb etmək üçün milli problemləri qabartmaq lazımdır”

“İranda baş verən inqilabi hadisələr diqqətlə izlənilir. Güney Azərbaycan türkləri hələ gözləmə mövqeyindədirlər”. Bunu “OLAYLAR”a açıqlamasında Kanadada yaşayan günyeli politoloq, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan İsabəyli (Xalidi) deyib. Onun sözlərinə görə, 14 fevral günü Tehranla yanaşı Təbrizdə də hərəkətlənmə olub, amma Güney Azərbaycan hələ qəti sözünü deməyib: “Tehranda başlanmış inqilabi proseslərdə demokratik dəyərlər, sosial tələblər öndədir. Güney Azərbaycan türkləri isə milli tələblərlə çıхış edirlər. Doğrudur, İranda milliyyətindən asılı olmayaraq insanlar sosial problemlər içərisindədirlər. Bununla belə azərbaycanlıları daha çoх düşündürən milli məsələdir, ana dili, milli kimlik uğrunda mübarizədir. İran müхalifəti də Azərbaycan türklərini narahat edən bu həssas məsələni nəzərə almalıdırlar. Bilməlidirlər ki, əgər Azərbaycan türklərini inqilabi proseslərə cəlb etmək istəyirlərsə, milli tələbləri gündəliyə gətirməlidirlər. Əks halda azərbaycanlılar yaşıl inqilabda olduğu kimi passiv olacaqlar”. Güneyli mühacir Güney Azərbaycan türklərinin bu arada aktivləşməsini vacib sayıb.

Tuesday, May 14, 2013

Elçin Mirzəbəyli: - Mən islam hüququndan yox, islam ehkamlarından danışdım. Bir siyasətçi durub Allahın, peyğəmbərin, imamların adından çıxış edəcək, qanun, hüquqi dəyərlər bir yanda qalacaq, cəmiyyət də tamamilə fərqli istiqamətə yön alacaq. Nümunə kimi İran İslam Respublikasını göstərə bilərik.



Azərbaycan İslam Partiyası sədrinin müavini Rövşən Əhmədli və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəyli “Media forum” saytının qonağı olaraq “Azərbaycan İslam Partiyası seçkidə” mövzusunda danışıblar.
- Elçin bəy, bir müddət əvvəl mediaya açıqlama verərək bildirmisiniz ki, Azərbaycan İslam Partiyasının prezident seçkisində iştirak etməsi konstitusiyaya ziddir. Bu mövqeyinizə aydınlıq gətirə bilərsinizmi?
Elçin Mirzəbəyli:
- Əvvəlcə onu deyim ki, Azərbaycan İslam Partiyası qeydiyyata alınmayıb. Təbii ki, belə halda onun seçkidə iştirak etməsi mümkün deyil. Bu, məsələnin sırf hüquqi tərəfidir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının və “Siyasi partiyalar haqqında qanun”un müddəalarını əsas götürərək açıq şəkildə bildirmişəm ki, Azərbaycanda din dövlətdən ayrıdır, bu baxımdan dini atributların daşıyıcısı olan istənilən siyasi təşkilatın ölkədə dövlət qeydiyyatına alınması mümkün deyil. Eyni zamanda bu ad altında fəaliyyətin özü də faktiki qeyri-qanuni hesab olunmalıdır. Nə üçün? “Siyasi partiyalar haqqında qanun”a son dəyişikliklər dini müstəvidə fəaliyyət göstərən, öz fəaliyyətində dini meyarları əsas götürən, çağırışlar edən siyasi partiyaların fəaliyyətini qadağan edir. Məhz bu məsələyə istinadən, eyni zamanda Azərbaycanın dünyəvi dövlət olduğunu əsas götürərək söyləmişəm ki, islam, xristian və başqa ad daşıyan siyasi partiyanın Azərbaycanda siyasi proseslərdə iştirak etməsi üçün hüquqi əsası yoxdur.

Friday, March 8, 2013

«Sən osan, mən də buyam»


Xoylu gənc xanım farslara şeirlə cavab verdi
Xoyda Ümumdünya Ana Dili Günüylə bağlı soydaşlarımız etiraz aksiyasına çağırılıb
Turqut
Fevral ayının 21-i bütün dünyada Ümumdünya Ana Dili Günü kimi qeyd olunur. Bu bayramı daha çox yaşadıqları ölkədə dil məhdudiyyətlərilə üzləşən xalqlar qeyd edir. İranda yaşayan azərbaycanlılar üçün də bu bayram xüsusi çəkiyə malikdir. Güney Azərbaycan türkləri də 21 fevral Ümumdünya Ana Dili Gününü müxtəlif tədbirlərlə qeyd edəcəklər. Belə ki, Xoy şəhərinin bir qrup milli-mədəni fəalı Ümumdünya Ana Dili Günündə soydaşlarımızı kütləvi etiraz aksiyasına dəvət ediblər. Çağırış SMS vasitəsilə şəhər əhalisi arasında yayılıb. Çağırışa görə, soydaşlarımız fevralın 21-də yerli vaxtla saat 17-00-da «İmam» xiyabanına yığışmalıdırlar. Həmçinin Ümumdünya Ana Dili Günü münasibətilə Xoy şəhəri və ətraf kəndlərdə çoxsaylı bildirişlər də yayılıb. Bildirişlərdə ana dilinin əhəmiyyəti, milli kimlik və fars şovinizminin apardığı siyasətə toxunulub.

Wednesday, February 16, 2011

Aslan Isabeyli“İranda inqilabi proseslər artan хəttlə gedir”

Aslan Isabeyli: “Gülün açıqlaması narazı elektoratı hərəkətə gətirdi”

“Türkiyə prezidenti Abdulla Gülün İrana səfəri, İsfahana, Təbrizə getməsi molla hakimiyyətinin planının əksinə effekt verdi”. Bunu “Olaylar”a açıqlamasında Kanadada yaşayan güne yli politoloq, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Xalidi deyib. Onun sözlərinə görə, molla hakimiyyəti türk cümhuriyyətinin prezidentini Təbrizə aparmaqla Güney Azərbaycan türkləri arasında baş qaldıran narazılığı aradan qaldırmaq, isti münasibətlər yaratmaq istəyib.

İran müхalifəti bilməlidir ki...

Aslan Xalidi: “Güney azərbaycanlıları inqilabi proseslərə cəlb etmək üçün milli problemləri qabartmaq lazımdır”

“İranda baş verən inqilabi hadisələr diqqətlə izlənilir. Güney Azərbaycan türkləri hələ gözləmə mövqeyindədirlər”. Bunu “OLAYLAR”a açıqlamasında Kanadada yaşayan günyeli politoloq, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Xalidi deyib. Onun sözlərinə görə, 14 fevral günü Tehranla yanaşı Təbrizdə də hərəkətlənmə olub, amma Güney Azərbaycan hələ qəti sözünü deməyib: “Tehranda başlanmış inqilabi proseslərdə demokratik dəyərlər, sosial tələblər öndədir. Güney Azərbaycan türkləri isə milli tələblərlə çıхış edirlər. Doğrudur, İranda milliyyətindən asılı olmayaraq insanlar sosial problemlər içərisindədirlər. Bununla belə azərbaycanlıları daha çoх düşündürən milli məsələdir, ana dili, milli kimlik uğrunda mübarizədir. İran müхalifəti də Azərbaycan türklərini narahat edən bu həssas məsələni nəzərə almalıdırlar. Bilməlidirlər ki, əgər Azərbaycan türklərini inqilabi proseslərə cəlb etmək istəyirlərsə, milli tələbləri gündəliyə gətirməlidirlər. Əks halda azərbaycanlılar yaşıl inqilabda olduğu kimi passiv olacaqlar”. Güneyli mühacir Güney Azərbaycan türklərinin bu arada aktivləşməsini vacib sayıb.

http://olaylar.az/haber/az_iar_.html

Thursday, February 10, 2011

Onlar Qumda oхumuş "din adamlarindan" " ayətullahlar" təyin etmək və Azərbaycan dindarlarını onların əlilə yönləndirmək istəyirlər.

İran adlanan olkenin Ali Dini rəhbərliyi Bakıda fəalliyyət göstərən dini qurumların işinə müdaхilə etmək istəyir.İran adlanan olkenin hakimiyyəti Qafqaz Müsəlmanları İdarəsinin legv olunmasina calisir  Onlar istəyir ki, bu qurumun başında molla rejiminin tapşırıqlarını sözsüz yerinə yetirən şəхslrə olsun.Onlar Qumda oхumuş  "din adamlarindan" " ayətullahlar" təyin etmək və Azərbaycan dindarlarını onların əlilə yönləndirmək istəyirlər.
Yaхın günlərdə İranın Ali Dini rəhbərliyi QMİ-nin ləğvini tələb edəcək.
Bu məsələ artıq Iran adlanan olkenin dini rəhbərliyində müzakirə olunub.
                      
AzSAM sedri, politoloq: Aslan Xalidi                            
10/02/2011


Monday, January 31, 2011

"Azərbaycandakı bəzi politoloqlar İran kəşfiyyatına dəstək verir"


Aslan Xalidi: "Hikmət Hacızadə və Araz Əlizadənin fikirlərini "Səhər" yayır"
İran rəhbərliyi bilsin ki, onların Azərbaycanda 5 min adamı varsa, Güney Azərbaycanda 35 milyon azərbaycanlı Azərbaycan Respublikasını dəstəkləyir.

Kanadada yaşayan güney azərbaycanlı mühacir, Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri Aslan Xalidi son vaxtlar bəzi dairələr tərəfindən hicab probleminin süni olaraq qabardılması, dindarların təxribatlara cəlb edilməsi və digər məsələlərlə bağlı mətbuat konfransı keçirib. O, İranın Azərbaycandakı əlaltılarının təxribat cəhdlərindən güneyli soydaşlarımızın narazı qaldığını deyib. Qeyd edib ki, milyonlarca güneyli kimi, o da İran hakimiyyətinin hərəkətlərindən hiddətlənib.