"Məxfi məktub"a açıq etiraz
İranın Bakıdakı səfirliyi Aslan Xalidini "Amerika ve Israele bagliliqda" ittiham edir. İslam Partiyası isə onu məhkəməyə vermək niyyətindədir Cənubi Azərbaycan Parlamenti (CAP) Təşəbbüs Qrupunun üzvü Aslan Xalidi "Bizim ƏSR"in son sayında İslam Partiyası siyasi şöbəsinin müdiri Gündüz Hacıyevi İran dini rəhbəri Ayətulla Xameneiyə kəşfiyyat xarakterli məxfi məktub yazmaqda günahlandırıb.
Xatırladaq ki, CAP funksionerinin surətini qəzetimizə də təqdim etdiyi məktubda Azərbaycan dövlətçiliyi əleyhinə fikirlər öz əksini tapıb. Aslan Xalidi İranın Bakıdakı səfirliyinin elm və mədəniyyət məsələləri üzrə attaşesi Əli Zöhrəvəndin məktuba dərkənar qoyduğunu deyib. Onun sözlərinə görə, İslam Partiyası rəhbərliyi İranla məxfi yazışmaları məhz səfirlik vasitəsilə həyata keçirirlər.
CAP funksionerinin ittihamları ilə əlaqədar İranın Bakıdakı səfirliyi aprelin 21-də bəyanatla çıxış edib. Bəyanatda Aslan Xalidinin İran səfirliyi ilə bağlı yaydığı açıqlamaların iftira olduğu bildirilir. Səfirliyin məlumatında, həmçinin qeyd olunur ki, İran məhkəmə orqanları fcasusluq əməllərinə görə Aslan Xalidi barəsində hökm çıxarıb. "Aslan Xalidinin Bakıdakı bəzi KİV-lərdə İran İslam Respublikasının səfirliyi, onun fəaliyyəti haqda çoxsaylı təhqiramiz çıxışlarını nəzərə alaraq, respublika ictimaiyyətinin nəzərinə çatdırırıq ki, Aslan Xalidi bir casuzdur.İranın məhkəmə orqanları Israele bagli ve Islama xeyanetine görə onun barəsində hökm çıxarmışdır.Aslan Xalidi başqa dövlətlərdən alacağı maddi vəsaitin müqabilində İrana qarşı antipatiya və böhtan kampaniyası aparacağı barədə hədə-qorxu gəlmişdir.
Aslan Xalidinin xarakteri hamıya məlumdur. Eyni zamanda ondan müəyyən mənada öz məqsədləri və iki ölkə əlaqələrini pozmaq üçün istifadə edən bəzi şəxs, qrup, partiyanın mahiyyəti də bizə və Azərbaycan Respublikasının bütün rəsmi şəxslərinə, xalqına aydındır. Əslində belə cərəyanlar iki dost, qardaş ölkə olan İran İslam Respublikası və Azərbaycan Respublikası əlaqələrinin inkişafının əleyhdarlarının mənafeyinə uyğun hərəkət edən mənfi təbliğat ruporlarıdır", - deyə səfirliyin bəyanatında vurğulanır.
İslam Partiyası funksioneri Gündüz Hacıyev isə üzləşdiyi ittihamlarla bağlı bu gün mətbuat konfransı keçirməyi planlaşdırır. Bu barədə partiyanın mətbuat xidmətinin rəhbəri Qurban Cəbrayıl "Bizim ƏSR"ə məlumatında bildirib. Onun sözlərinə əsasən, İslam Partiyası saxta ittihamlarına görə Aslan Xalidini məhkəməyə verməyə hazırlaşır. Qurban Cəbrayıl deyib ki, məhkəmədə sözügedən məktubun açıqlanması tələb olunacaq: "Biz dəfələrlə bildirmişik ki, cənubdan bura qaçıb gəlmiş bəzi insanlar təxribatçı əməlləri ilə Azərbaycan-İran əlaqələrini pozmağa çalışırlar. Konkret olaraq Aslan Xalidi ittihamlarına görə məhkəmədə cavab verməli olacaq".
CAP Təşəbbüs Qrupunun üzvü Aslan Xalidi öz növbəsində bildirib ki, İran səfirliyinin barəsində yaydığı bəyanatı ciddi qəbul etmir. Onun sözlərinə görə, belə bəyanatlar Güneylə bağlı şəxsləri ləkələmək məqsədi güdür: "Əslində, İran səfirliyi öz bəyanatı ilə özünü ifşa edir. Belə çıxır ki, mən İranla bağlı çoxsaylı çıxışlar etməsəydim, onlar barəmdə bu cür açıqlama verməyəcəkdilər. Əgər İran məhkəmə orqanlarının hansısa hökmü varsa, səfirlik niyə onu açıqlayıb məni ifşa etmir? Təkcə bu fakt həmin bəyanatın saxta və cəfəngiyyat olduğunu göstərir. İranda mənim heç bir iqtisadi fəaliyyətim olmayıb. Səfirliyin bu məlumatı mənə qarşı təzyiqdən savayı bir şey deyil. Onlar mənim açıqlamalarımdan sonra çətin vəziyyətə düşüblər. Mən hələ sizin qəzetdə də bildirmişdim ki, bu, hələ açıqlana biləsi məktublardandır. Mən bütün məlumatları açıqlasam, o zaman İranın Bakıda diplomatları arzuolunmaz şəxslər kimi Azərbaycandan getmək məcburiyyətində qalacaqlar".
İslam Partiyasının məhkəməyə müraciət etmək niyyətinə gəlincə, Aslan Xalidi bundan qətiyyən narahat olmadığını bildirib. O, məhkəmədə daha ciddi faktlar açıqlayacağını bəyan edib: "İslam Partiyası məni məhkəməyə verirsə, çox düzgün addım atır. Bu mənada ki, onlar məhkəmədə tamamilə ifşa olunacaqlar. Buyurub, məhkəməyə müraciət edə bilərlər. Bundan qətiyyən narahat deyiləm. Yəqin ki, məhkəmədə daha ciddi faktlar açıqlanacaq".

No comments:
Post a Comment