
Türkiyə terrorçu PKK-nı susdurmaq üçün Quzey İraqa girməyə hazırlaşır. Hərbi əməliyyatların tezliklə başlanacağı bildirilir. Bununla belə qonşu dövlətlərdən Türkiyəyə dəstək nümayişi müşahidə edilmir. Hətta Qərbin hədəfinə çevrilmiş İran da Türkiyənin haqq işinə açıq dəstək vermir. Azərbaycan Strateji Araşdırma Mərkəzinin direktoru, Kanadada yaşayan güneyli politoloq Aslan Xalidi "OLAYLAR"a deyib ki, rəsmi Tehran Qərbin düşməni olsa da, bu məsələdə seyrçi mövqe tutacaq, Ankaranı açıq müdafiə etməyəcək: "Molla rejimi hiyləgər siyasət yeridir. Üzdə göstərəcəklər ki, Qərbin haqsız münasibəti ilə üz-üzə qalan müsəlman Türkiyənin yanındadırlar. Amma Türkiyənin terrorla mübarizəsinə də açıq dəstək verməyəcəklər. Bunun səbəbi odur ki, İran Türkiyənin zəifləməsini istəyən dövlətlərdən biridir. Onlar Qərblə Türkiyənin ziddiyyətlərinin daha da kəskinləşməsini və bu prosesdən Türkiyənin itki ilə çıxmasını istəyirlər.
No comments:
Post a Comment